Noyabrın 18-də interpellyasiya qaydası ilə İrakli Ğaribaşvili, İlia Darçiaşvili və Mixeil Çxenkeli dinləniləcək
Noyabrın 18-də interpellyasiya qaydası ilə İrakli Ğaribaşvili, İlia Darçiaşvili və Mixeil Çxenkeli dinləniləcək

 
Noyabrın 18-də Gürcüstan parlamentinin plenar iclasında, interpellyasiya qaydası ilə baş nazir İrakli Ğaribaşvili, xarici işlər naziri İlia Darçiaşvili və təhsil və elm naziri Mixeil Çxenkeli dinləniləcək.

Bu barədə parlamentin spikeri Şalva Papuaşvili parlament bürosunun bugünkü iclasında məlumat verib.

O, onların hər biri üçün dinləmə müddətinin üç saat 38 dəqiqə müəyyən edildiyini açıqlayıb.

“İnterpellyasiyanın adresatlarının Gürcüstandan kənarda, BMT-nin tədbirində olduqlarını bilirsiniz, bu səbəbdən interpelyasiya noyabrın 18-i cümə günü baş tutacaq. Üç interpellyasiya keçirilməli və vaxt mütənasib olaraq bölünməlidir. Hər birinin maksimum üç saat 38 dəqiqəsi olacaq. Cümə günü interpellyasiyaya həsr olunub, suallar ictimaiyyətə açıqdır. Saat 12:00-da baş nazirin, ardınca isə xarici işlər və təhsil nazirlərinin çıxışı olacaq. Güman edirəm ki, saat 12:00-dan 15:00-a qədər fasilədən əvvəl baş nazirin interpellyasiyası olacaq. Fasilədən sonra isə biz xarici işlər nazirini və təhsil nazirini dinləyəcəyik” – deyə Şalva Papuaşvili bildirib.