Noyabrın 16 və 19-da Gürcüstan millisinin oyunları Birinci Respublika meydanında canlı yayımlanacaq
Noyabrın 16 və 19-da Gürcüstan millisinin oyunları Birinci Respublika meydanında canlı yayımlanacaq

UEFA Millətlər Liqası çərçivəsində futbol üzrə Gürcüstan milli komandası iki oyun keçirəcək. Noyabrın 16-da Ukrayna futbol komandası ilə görüş Batumidə, noyabrın 19-da isə Çexiyada keçiriləcək.

Paytaxtın meri Kaxa Kaladzenin Tbilisi bələdiyyəsinin hökumətinin iclasında qeyd etdiyi kimi, hər iki matç üçün Birinci Respublika meydanında azarkeşlər üçün böyük ekranlar quraşdırılacaq.

“Noyabrın 16-da Gürcüstan və Ukrayna futbol komandaları arasında UEFA Millətlər Liqasının oyunu keçiriləcək. Həmçinin noyabrın 19-da millimiz Çexiyada səfər oyununa çıxacaq. Sözügedən oyunlarda iştirak edə bilməyən Tbilisi azarkeşlərinə canlı yayım təklif edirik. Futbol Federasiyası ilə birlikdə Birinci Respublika meydanında xüsusi yer təşkil edəcəyik, böyük ekranlar quraşdıracağıq. İstər noyabrın 16-da, istərsə də noyabrın 19-da keçiriləcək görüşlərdə azarkeşlərin millini dəstəkləməsi üçün hər cür şərait yaradacağıq. Futbolçularımıza uğurlar arzulayıram. Milli komandamızın iki vacib oyunu var və onların xüsusilə azarkeşlərə ehtiyacı var”. – Kaxa Kaladze dedi.