Noyabrın 16-da günün sonundan noyabrın 17-si günün ikinci yarısınadək Gürcüstanda yağış yağacağı, küləyin əsəcəyi, dağlıq bölgələrdə isə qar yağacağı gözlənilir
Noyabrın 16-sı günün sonundan 17-si günün ikinci yarısına kimi Gürcüstanda soyuq və rütubətli hava kütlələrinin yayılacağı gözlənilir-bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
Sinoptiklərin məlumatına görə, yağışın bəzi yerlərdə intensiv olacağı (əsasən qərb rayonlarında) gözlənilir.
Bundan əlavə, yüksək dağlıq bölgələrdə qar yağacağı gözlənilir.
Güclü qərb küləyi əsəcək. Dənizdə 4-5 ballıq fırtına gözlənilir.
“Gözlənilən leysan yağışları Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq və yüksək dağlıq ərazilərdə sürüşmələrin formalaşmasına-aktivləşməsinə səbəb ola bilər” – Milli Ətraf Mühit Agentliyindən bildirilib.