Ölkə miqyasında mövsümi qripə qarşı peyvəndləmə 6 aylıq yaş həddindən pulsuzdur-bu barədə məlumatı Səhiyyə Nazirliyi yayır .
“İstəyən hər kəs peyvəndləmə prosesinə qoşulmuş 400-ə yaxın tibb müəssisəsində xidmət alacaq. İmmunizasiya dövlət proqramı çərçivəsində, Gürcüstan ÜST-in tövsiyə etdiyi vaksinlərdən biri olan “Sanofi Pasteur” istehsalı 200 min doza dördkomponentli vaksin alıb.
Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzi sentyabrın sonunda peyvəndləmə prosesinə başlayıb. Birinci mərhələdə xəstəliyin ağırlaşma riski yüksək olan şəxslərə xidmət göstərilib. Noyabrın 15-dək isə peyvəndləmə istəyənlər üçün ödənişsiz həyata keçiriləcək” – deyə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.