Noyabrın 15-də Gürcüstan ərazisində yağmursuz hava şəraiti davam edəcək, noyabrın 16-17-də yağış və küləyin əsəcəyi, noyabrın 18-də isə yenidən yağmursuz keçəcəyi gözlənilir
Milli Ətraf Mühit Agentliyi noyabrın 15-18-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Sinoptiklərin məlumatına görə, noyabrın 15-də Gürcüstanda yağmursuz hava şəraiti davam edəcək, noyabrın 16-17-də isə yağıntılı və küləkli hava gözlənilir. Noyabrın 18-də hava şəraiti yenidən yağmursuz keçəcək.
Noyabrın 15-də və 18-də Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi, noyabrın 16-17-də isə yağış və küləyin əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz +13, +15 dərəcə təşkil edəcək.
Dənizkənarı rayonlarda (Batumi, Kobuleti, Anakliya, Poti) noyabrın 15-də və 18-də hava isti, yağmursuz keçəcək. Havanın temperaturu gün ərzində +19, +21 dərəcə isti, noyabrın 16-17-də isə nisbətən sərinləşəcək, yağış yağacaq, külək güclənəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) noyabrın 15-də və 18-də hava isti, yağmursuz keçəcək. Noyabrın 16-17-də havanın temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək, yağışlı və nisbətən sərin hava şəraiti gözlənilir.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı) noyabrın 15-də və 18-də hava isti, yağmursuz keçəcək. Havanın temperaturu gündüz +14, +19 dərəcə təşkil edəcək. Noyabrın 16-17-də yağışlı və nisbətən soyuq hava şəraiti gözlənilir.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro) noyabrın 15-də və 18-də yağmursuz hava şəraiti davam edəcək. Havanın temperaturu gündüz +12, +17 dərəcə təşkil edəcək. Noyabrın 16-17-də havanın soyuq keçəcəyi, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) noyabrın 15-də və 18-də hava şəraitinin yağmursuz keçəcəyi, noyabrın 16-17-də bəzi yerlərdə yağış yağacağı, küləyin əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz +12, +16 dərəcə təşkil edəcək.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) noyabrın 15-də və 18-də hava şəraitinin yağmursuz keçəcəyi, noyabrın 16-17-də bəzi yerlərdə yağış yağacağı, küləyin əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz +12, +16 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri) noyabrın 15-də və 18-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Noyabrın 16-17-də bəzi yerlərdə yağışlı, küləkli hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +8, +13 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) noyabrın 15-də və 18-də hava yağmursuz keçəcək. Noyabrın 16-17-də bəzi yerlərdə qar yağacağı, küləyin əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz +4, +9 dərəcə təşkil edəcək.