Noyabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı Xarici İşlər Ministerialı keçiriləcək
Noyabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı Xarici İşlər Ministerialı keçiriləcək

Noyabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı Xarici İşlər Ministerialı keçiriləcək. Müvafiq məlumatı Avropa İttifaqı Şurası yayır.

Bəyanata görə, iştirakçılar tərəfdaşlığın inkişaf etdirilməsi və proqramın əhaliyə fayda verməsini təmin etmək yollarını müzakirə edəcəklər.

İdarəetmə və investisiyalara, eləcə də tərəfdaşlığın gücləndirilməsinə, bərpasına və islahatlarına xüsusi diqqət yetiriləcək.

Ministerial dekabrın 15-də Brüsseldə keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı sammitindən əvvəl keçiriləcək.

Gürcüstan, Ukrayna, Moldova, Azərbaycan və Ermənistan Aİ-nin Şərq Tərəfdaşlığı proqramının iştirakçılarıdır. Belarus iyun ayında Şərq Tərəfdaşlığında iştirakını dayandırıb.