Noyabrın 11-də, Ermənistanın paytaxtı Yerevanda demonstrasiya planlaşdırılıb.
Bu haqda məlumatı Ermənistanın “Nyus.am” agentliyi yazır.
17 partiya şurası tərəfindən yayılan bəynatda deyilir ki, aksiya Yerevanda, azadlıq meydanında keçiriləcək.
“Təəssüflər olsun ki, dünən tariximizin ən utanc verici səhifəsi yazıldı. Qanları ilə torpağımızı qoruyan əsgərlərimizin arxasında, xain bir razılaşma imzalandı.
İndi bizim bərabərliyimiz çox vacibdir. Daxili provokasiyalar və qarışıqlıq olmamalıdır.
Sabah noyabrın 11-də, saat 13:00-da, yaranan vəziyyətdən çıxış yolunu tapmaq üçün, hərkəsi Azadlıq meydanına dəvət edirik” – deyilir 17 partiya tərəfindən yayılan bəyanatda.
Ermənistanın baş naziri Nikol Paşinyan dünən gecə bəyan etdi ki, Rusiya və Azərbaycan prezidentləri ilə razılaşma imzaladı, hansına əsasən, Dağlıq Qarabağda hərbi əməliyyatları dayandıracaq.
Paşinyanın bəyanatı əhali tərəfindən etirazla qarşılandı.