Noyabrın 10-da “Covid-19” pandemiyası məsələsi ilə əlaqədar virtual ministerial keçiriləcək
ABŞ-ın təşəbbüsü ilə noyabrın 10-da “Covid-19” pandemiyası məsələsi ilə əlaqədar virtual ministerial keçiriləcək. Müvafiq məlumatı Dövlət Departamenti yayır.
Dövlət katibi Entoni Blinkenin də bəyanatında qeyd olunduğu kimi , dünya artıq iki ildir ki, Covid-19 pandemiyası ilə mübarizə aparır və 5 milyondan çox insanın ölümünə, iqtisadiyyatın çökməsinə və dolanışıq vasitələrinin məhvinə şahid olub. Virusun yeni variantlarının ortaya çıxması pandemiyanın sonu ilə bağlı qeyri-müəyyənliyi artırır. Blinkenin sözlərinə görə, dünyada peyvəndləmə prosesində irəliləyiş olmasına baxmayaraq, lazımi nəticələrə nail olunmayıb.
“Bu, bir tək səhiyyə böhranı deyil, həm də iqtisadi və humanitar , eləcə də təhlükəsizlik böhranıdır.Hökumətlər əsas müəssisələrlə və aparıcı institutlarda liderlərlə işləmək üçün siyasi iradəni səfərbər etməlidirlər ki, diqqət pandemiyanın sonlandırılmasına , eləcə də qlobal səhiyyə imkanlarının və arxitekturasının bərpasına yönəldilsin ki, biz kollektiv şəkildə yoluxucu xəstəliklərin təhlükələrinin qarşısını ala, müəyyən edə və ona reaksiya verə bilək. Bu qlobal pandemiya qlobal fəaliyyət və daimi diqqət tələb edir, məhz buna görə də mən noyabrın 10-da “Covid-19″ ilə əlaqədar virtual ministerialı dəvət edirəm” -deyə Entoni Blinkenin bəyanatında qeyd olunub.