Noyabr ayından Avropa istiqamətinə doğru Tbilisi və Kutaisi hava limanlarından birbaşa avia-reyslərin bərpası planlaşdırılır
Noyabr ayından Avropa istiqamətinə doğru Tbilisi və Kutaisi hava limanlarından birbaşa avia-reyslərin bərpası planlaşdırılır

Noyabr ayından Avropa istiqamətinə doğru Tbilisi və Kutaisi hava limanlarından birbaşa avia-reyslərin bərpası planlaşdırılır, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclası başa çatdıqdan sonra verdi.

Baş nazirin məlumatına görə, oktyabrın sonundan artıq mövcud olan reyslərdə uçuşların sayının artırılması planlaşdırılır.

“Bu qərarı çox diqqət edərək, verdik. İlk addım oktyabrın sonunda, artıq mövcud olan reyslərdə uçuşların artırılması olacaq. Bunlar Fransa, Paris və Münhen istiqamətləridir. Düşünürük ki, bu addım iqtisadiyyatımıza biraz nəfəs almaq imkanı verəcək. Bunu ona görə edirik ki, vətəndaşlarımız üçün iqtisadi fəaliyyətləri ilə məşğul olmaq daha asan olsun” – dedi baş nazir.