Notarius vəzifəsində işləmək üçün yaş həddi 70 yaşa qədər artırılıb
Notarius vəzifəsində işləmək üçün yaş həddi 70 yaşa qədər artırılıb – bu barədə ədliyyə naziri Rati Breqadze parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı açıqlayıb.
“Notarius ölkəmizin inkişafında, ümumiyyətlə, bu qurum xüsusilə vacib rol oynayır. O, hüquqi münasibətləri və hüquqi faktları təsdiq edən şəxsdir. Notariuslar üçün minimum yaş həddi 65 yaş müəyyən edilmişdi, lakin Notariat Palatasının tövsiyyəsi əsasında nazirin bu yaş həddini artırmaq üçün qanunvericiliklə müəyyən edilmiş səlahiyyəti var idi. Praktiki olaraq, biz bu diskresion səlahiyyəti məhdudlaşdırdıq və notariusların yaşını 70 yaşa qədər artırdıq. Bu, təkcə notariuslar üçün deyil, həm də ümumiyyətlə, bu ölkədə qanunun normasının proqnozlaşdırıla bilməsi baxımından da kifayət qədər irəliyə doğru atılmış addımdır” -deyə Rati Breqadze açıqlayıb.
Notariat xidmətlərinin coğrafi ərazisi də artırılıb. Ruxi, Xobi, Lentexi, Ambrolauri, Oni, Tianeti, Duşeti, Dedoplistsğaro, Axmeta və Tsğaltuboda notariuslar təyin edilib. Notariusların sayı isə 310 müəyyən edilib.
Bu barədə məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.