Norveçin xarici işlər naziri - Gürcüstan demokratikləşmə, insan hüquqları, yaxşı idarəçilik baxımından vacib addımlar atıb, biz prosesin davam etməsini görmək istəyirik
Doğma ölkənizdə Norveç səfirliyinin rəsmən açılışını edəcəyimdən dolayı şadam – bu barədə Norveçin xarici işlər naziri Aniken Huitfeld İlia Darçiaşvili ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
O, bunun Norveçin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyinin bir daha təsdiqlədiyini bildirir.
“Cənab xarici işlər naziri, mən Gürcüstana qayıtdığım üçün çox şadam. Mən səkkiz il əvvəl Norveçdə xarici əlaqələr komitəsinin sədri kimi burada idim. Ölkənizdə Norveç səfirliyinin rəsmi açılışını edəcəyimdən çox məmnunam. Həmçinin, mənim səfərim ölkələrimiz arasında parlaq və dostluq münasibətlərinin möhkəmlənməsi üçün ölkənizdəki, regiondakı vəziyyəti daha yaxşı başa düşməyə xidmət edir. Həmçinin günorta baş nazir ilə, parlament üzvləri ilə görüşəcəyəm. Aİ monitorinq missiyasının nümayəndələri ilə birlikdə inzibati ayırıcı xətti ziyarət edəcəyəm.
Cənab İlia, səmimi qəbula görə sizə və komandanıza çox minnətdaram. Mən bir daha Norveçin Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də Avro-Atlantik və Avropa istəklərinə güclü dəstəyini təsdiq edirəm.
Görüşümüz zamanı biz, həmçinin geniş spektrli məsələləri, turizm və ticarət baxımından ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivlərini müzakirə etdik. Biz regional geosiyasi və təhlükəsizlik kontekstini, Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyəti də nəzərdən keçirdik. Beynəlxalq forumlarda əməkdaşlıqdan danışdıq.
Təhlükə Gürcüstanın təhlükəsizliyinə, ikitərəfli münasibətlərinə aid olduqda, mən Gürcüstanın ümumi təhlükəsizliyimizə nail olunmasına verdiyi töhfəni vurğulayıram. Əfqanıstanın Kabil şəhərindən evakuasiya prosesinə verdiyiniz töhfəyə görə çox sağ olun. Cənubi Osetiya və Abxaziyanın işğalının davam etməsi beynəlxalq hüququ pozur.
Rusiyanın borderizasiyası və zəbt siyasəti yerli əhalinin həyatını daha da çətinləşdirir. Bu, tamamilə qəbuledilməzdir və qınanılasıdır. Biz Gürcüstanın dialoq istiqamətində səylərini alqışlayırıq. Biz həmçinin Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatının Cenevrə Beynəlxalq Müzakirələrində iştirakını alqışlayırıq. Biz bir daha Rusiyanı 2008-ci ilin altı maddəlik atəşkəs razılaşmasına əməl etməyə çağırırıq. Uzun illər ərzində Gürcüstan demokratikləşmə istiqamətində, insan hüquqları və düzgün idarəçilik baxımından vacib addımlar atıb. Biz prosesin davam etdirilməsini görmək və Avropa İttifaqının iyun ayında verdiyi tövsiyələrinin yerinə yetirilməsini yüksək qiymətləndirmək istərdik . Avropa İttifaqının üzvü olmasaq da, bizim Avropa İttifaqı ilə çox sıx tərəfdaşlığımız var və münasibətlərimiz ümumi dəyərlərə və prinsiplərə əsaslanır” – deyə Aniken Huitfeld bildirib.