Norveçin xarici işlər naziri - Fələstin Administrasiyası ola bilsin yaxın aylarda dağılsın
Norveçin xarici işlər naziri - Fələstin Administrasiyası ola bilsin yaxın aylarda dağılsın

 

Fələstin Administrasiyası ola bilsin yaxın aylarda dağılsın-bu haqda Norveçin xarici işlər naziri Espen Bart Eide açıqlayıb.

Norveçin xarici işlər naziri maliyyə çatışmazlığını, zorakılığın davam etməsini və yarım milyon fələstinlinin İsraildə işləməsinə icazə verilməməsini buna səbəb olaraq göstərib.

“Vəziyyət son dərəcə ağırdır. Sıx əməkdaşlıq etdiyimiz Fələstin Administrasiyası ola bilsin bu yay dağıla biləcəyinə dair bizə xəbərdarlıq edir. Süquta uğrasa, ola bilsin başqa bir Qəzza yaransın, bu da hamı, o cümlədən İsrail əhalisi üçün dəhşətli olacaq” – Norveçli diplomat açıqlayıb.

Norveç Fələstinlilərə Yardım üzrə Beynəlxalq Donorlar Qrupunun sədridir və Fələstin Administrasiyasının tərəfdarıdır.