Norveç Xarici İşlər Nazirliyi - Rusiyanın Gürcüstana müdaxiləsi Avropanın təhlükəsizliyi üçün dönüm nöqtəsi oldu, Norveç davam edən işğalı və insan hüquqlarının pozulmasını pisləyir
Norveç XİN avqust müharibəsinin 15-ci ildönümü ilə əlaqədar bəyanat dərc edir. Qurumun bəyanatında qeyd edildiyi kimi, bu, Avropanın təhlükəsizliyi üçün dönüm nöqtəsi olub.
Bundan əlavə, bəyanata əsasən, Norveç Rusiya tərəfindən davam edən işğal və insan haqlarının pozulmasını pisləyir.
“2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsindən 15 il keçdi – bu, Avropanın təhlükəsizliyi üçün dönüm nöqtəsi oldu. Biz bu günə kimi Rusiyanın Ukrayna və Gürcüstanda işğalçı siyasətinin davam etdiyini görürük. Norveç Rusiya tərəfindən davam edən işğalı və insan hüquqlarının pozulmasını pisləyir” – bəyanatda deyilir.