Norveç Xarici İşlər naziri - Gürcüstana həmrəylik lazımdır ki, sərhədlərini qoruya bilsi, düşünürəm bu, ministerialda ümumi ismarıc olacaq
Norveç Xarici İşlər naziri - Gürcüstana həmrəylik lazımdır ki, sərhədlərini qoruya bilsi, düşünürəm bu, ministerialda ümumi ismarıc olacaq

Norveçin Xarici İşlər naziri, Aniken Huitfeldtin bəyan etdiyinə görə, nazirlərin Buxarestdə bu gün keçiriləcək görüşü çərçivəsində müzakirə mövzularından biri Rusiyanın qonşu dövlətlərini, o cümlədən Gürcüstanı necə qorumaq olacaq.

Nazirin bəyanatına görə, Gürcüstana partnyorların həmrəyliyi lazımdır.

“Bu gün biz Rusiya ilə qonşu olan Gürcüstan, Modlova və həmçinin Bosniya kimi həssas ölkələr haqqında danışacağıq. Az öncə Gürcüstanda oldum. Onlara bizim həmrəyliyimiz lazımdır. Bizim həqiqətən ardıcıl olmağımıza ehtiyac var ki, onlar sərhədlərini qoruya bilsinlər. Düşünürəm bu, Gürcüstan üçün ministerialda ümumi ismarıc olacaq”, – Aniken Huitfeldt bəyan etdi.