Norveç Gürcüstanda Səfirlik açacaq.
Bu barədə bəyanatı Norveç Xarici İşlər Nazirliyi yayır.
“Gürcüstan bizim Cənubi Qafqazdaki əsas partnyorumuzdur. İllər ərzində, həyata keçirdiyi islahatlar nəticəsində, ölkə Avropa və Avro-atlantik strukturlara yaxınlaşdı. Gürcüstanda daimi nümayəndəliyimizin olması isə, regionda baş verən hadisələri daha yaxından izləməyimizə imkan verəcək” – dedi Norveçin Xarici İşlər Naziri İne Kriskenskoride.
Bununla yanaşı, Norveç Xarici İşlər Nazirliyinin məlumatına görə, Norveç Azərbaycanda Səfirliyini bağlamağa qərar verdi və Azərbaycanla diplomatik münasibətlərlə Ankaradaki səfirlik ilgilənəcək. Bakıda isə, Norvegiyanın baş Konsulluğu açılacaq.
Dəyişikliklərin həyata keçirilməsi 2019-cu ildə planlaşdırılır.