Nona Qafrindaşvili Tserovanidə yerləşən hərbi qulluqçular üçün Maro Makaşvili adına reabilitasiya mərkəzinə baş çəkib. O, mərkəzin infrastrukturuna baxış keçirib, xəsarət alan hərbçilərlə söhbət edib.
Nona Qaprindaşvili idman həyatının mühüm epizodlarını xatırladıb, hərbçilərin suallarını cavablandırıb.
Şahmatçı ilə yaralı hərbi qulluqçular arasında şahmat blits turniri keçirilib.
Nona Qaprindaşvili reabilitasiya mərkəzinə və hərbi qulluqçulara avtoqrafı olan lövhə və xatirə vəsiqələrini təqdim edib.
Gələcəkdə cəmiyyətin müxtəlif qruplarının nümayəndələri ilə görüşlər keçiriləcək. Oxşar görüşlərin məqsədi yaralı hərbi qulluqçular haqqında ictimaiyyətin məlumatlandırılması, onların motivasiyasının artırılması və dəstəyin gücləndirilməsidir.
Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb