Nona Mamulaşvili - seçkilərin nəticələri mənə bu gün ölkənin ehtiyac duyduğu prosesin başlayacağına ümid etməyə əsas vermir
Seçkilərin nəticələri mənə bu gün ölkənin ehtiyac duyduğu prosesin başlayacağına ümid etməyə əsas vermir -bu barədə “Milli Hərəkat”ın sədrliyinə namizədlərdən biri Nona Mamulaşvili sosial şəbəkədə yazır.
Mamulaşvili Levan Xabeişvilini partiya sədri seçkilərində qələbə çalması münasibətilə təbrik edir.
“Levanı qələbə münasibətilə təbrik edirəm! Seçkidə iştirak edən hər kəsə və mənə dəstək olanlara minnətdaram.
Mütləq qeyd etməliyəm ki, seçkilərin nəticələri mənə bu gün ölkəmizə lazım olan prosesin başlayacağına ümid etməyə əsas vermir. Təəssüf ki, bunu hələ seçkiqabağı mühit göstərdi…
Levana çoxlu uğurlar arzulayıram, indi problem o deyil. Problem ondadır ki, böyük mənzərədə – pul və qeyri-rəsmi təsirlər siyasət üzərində qalib gəlib.
Adətən belə hallarda yaranacaq nəticənin olmayacağına inanmaq istəyirəm”-deyə Nona Mamulaşvili “Facebook”da yazır.