Nona Mamulaşvili - qarşılıqlı ittihamlar əvəzinə “Milli Hərəkatı” gücləndirmək üçün hansı planımız olduğunu danışmalıyıq, seçki kampaniyasını layiqincə apara bilməliyik
“Vahid Milli Hərəkat”ın sədrliyinə namizəd Nona Mamulaşvili “Milli Hərəkat”ın üzvlərinin bir-birini ittiham etmək əvəzinə partiyanı gücləndirmək planlarından danışmalı olduğunu bildirib.
O, sabiq partiya yoldaşlarının qütbləşməyə son qoymaq üçün hər şeyi etməli olduğunu bildirib.
“Partiya yoldaşlarım partiyanın daha güclü çıxması məqsədilə qütbləşməyə son qoymaq üçün hər şeyi etməlidirlər. Qarşılıqlı ittihamlar əvəzinə, partiyanı gücləndirmək və irəli aparmaq planımızdan danışmalıyıq”-deyə Nona Mamulaşvili açıqlayıb.
Bununla yanaşı, Nona Mamulaşvili bildirib ki, sədr seçkisində qalib gələcəyi təqdirdə bütün namizədlər partiyada qalacaq.
Nona Mamulaşvili “Milli Hərəkat” nümayəndələrini bir-birinə hörməti qorumağa və seçki kampaniyasını davam etdirməyə çağırıb.
“Qələbə qazanacağım təqdirdə bütün namizədlər partiyada qalacaq. Partiyanın güclənməsi, 2024-cü ili olduqca güclü müxalifət partiyası ilə qarşılamaq və “Gürcü Arzusu”nu məğlub etmək istiqamətində onların güclü tərəfindən istifadə etmək üçün əlimdən gələni edəcəyəm. Biz seçki kampaniyasını layiqincə aparmağı bacarmalıyıq, seçicilərimizə şəxsi təhqirlərə yol vermədən tematik müzakirələr apara biləcəyimizi göstərməliyik. Bu səbəbdən mən bir daha bu prosesdə iştirak edən insanları bir-birinə hörmətlə yanaşmağa və kampaniyanı davam etdirməyə çağırıram. Gəlin seçki kampaniyası bitdikdən sonra da bir-birimizlə əməkdaşlıq edə bilək” -deyə Nona Mamulaşvili bildirib.