Sloveniyanın Bled şəhərində keçirilən veteran şahmatçılar dünya çempionatında Nona Qaprindaşvili çempion oldu.
Qaprindaşvili 11 oyundan 6-nı qazandı, 5-ni heç-heçə başa çatdırdı və 8,5 xal ilə, +65 qadın veteran şahmatçılar arasında dünya çempionu titulunu əldə etdi.
Nona Qaprindaşvili veteran şahmatçılar arasında dünya çempionu artıq altıncı dəfə olur.