Nitsada törədilən terorist hücumu ilə bağlı istintaq çərçivəsində, polis 47 yaşlı kişiyi həbs edib
Nitsada törədilən terorist hücumu ilə bağlı istintaq çərçivəsində, polis 47 yaşlı kişiyi həbs edib

Fransanın Nitsa şəhərində törədilən terorist hücumu ilə bağlı istintaq çərçivəsində, polis 47 yaşlı kişiyi həbs edib.

Bu haqda məlumatı Fransanın BFM teleşirkəti yayır.

Həbs edilən şəxs hücum edən qatil ilə əlaqədə olmaqla ittiham olunur.

İstintaqın məlumatına görə, o hücum edən şəxslə teraktdan bir ay öncə görüşürdü.

Oktyabrın 29-da, Fransanın Nitsa şəhərində, insanlara hücum edən bıçaqlı şəxs üç nəfəri qətlə yetirdi və yenə bir neçəsini yaraladı.

Polis hücum edən şəxsi həbs etdi.

Həbs edilən qatil Avropaya yeni köçən Tunis vətəndaşıdır və Fransya İtaliyadan keçib.