Ninotsminda-Ermənistan sərhədi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır
Ninotsminda-Ermənistan sərhədi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır

Çətin meteoroloji şəraitlə (çovğun, görmə qabiliyyətinin məhdudlaşdırılması) beynəlxalq Axaltsixe-Ninotsminda (Ermənistan Respublikasının sərhədi) avtomobil yolunun km90-km112 (Ninotsminda-Ermənistan sərhədi) hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Sözügedən məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayıb.

Qurumdan verilən məlumata görə, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Avtomobil Yolları Departamentinin məlumatına görə, avtomobil yolunun km1-km89 (Axaltsixe-Ninotsminda) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.