Gürcüstanın Birinci Kanalının “MasterChef” kulinariya meqa-şousunun səkkizinci mövsümünün qalibinin kimliyi məlum oldu. Nino Varşanidze ölkənin ən yaxşı aşpazı titulunu qazandı.
Qalibin kimliyi bugünkü final şousunda bəlli oldu.
Luka Todua və Nikuşa Manaqadze də “MasterChef” titulu uğrunda mübarizə aparırdılar.
Gürcü tele-mühitində yeganə lisenziyalı beynəlxalq kulinariya meqa-şousu olan “MasterChef”in səkkizinci mövsümü sentyabrın 25-də Gürcüstanın Birinci Kanalında başladı.