Nino Tsilosani - Gürcüstan, müraciəti əsasında Rusiyanın hərbi cinayətlərinin araşdırılmasına başlanılan 38 ölkə arasında idi, bu order də bunun nəticəsidir, radikal müxalifət bu mövzu üzərində də spekulyasiya edir
Parlament çoxluğunun üzvü, Nino Tsilosani Rusiya prezidenti, Vladimir Putinlə bağlı Haaqa Məhkəməsinin qərarına sosial şəbəkədə əks səda verir.
“Putinlə bağlı Haaqa Məhkəməsinin dünənki qərarına ki, bir səs-küy aldırmışdı müxalif spikerlər, heç kim xatırlatmayıb ki, Gürcüstan, (Moldova bu müraciətə qoşulmadı) müraciəti əsasında Rusiyanın hərbi cinayətlərinin araşdırılmasına başlanılan 38 ölkə arasında idi. Bu order də bunun nəticəsidir! Ənənəvi olaraq, radikal müxalifət bu mövzu üzərində də spekulyasiya edir”, – Tsilosani yazır.
Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti, Vladimir Putin və Rusiya Federasiyası prezidentinin uşaqlar üzrə səlahiyyətli nümayəndəsi, Mariya Lvova Belovanın həbsinə orderi dünən verdi. Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinin qərarına əsasən, Rusiya prezidenti Ukraynada hərbi cinayətlər törətməkdə şübhəli bilinir.