Nino Lomcariya - ictimaiyyətə təqdim olunan dəlillərdən görünmür ki, Lazare "molotov kokteylini" atıb
Gürcüstanın keçmiş Xalq Müdafiəçisi, Nino Lomcariya polisə təcavüz və əşyanın zədələnməsi faktı üzrə yaxalanan Lazare Qriqoriadis ilə bağlı sosial şəbəkədə yazır ki, onun təqsirsizlik prezumpsiyası pozulur.
“İlk növbədə, ictimaiyyətə təqdim olunan dəlillərdən görünmür ki, Lazare “molotov kokteylini” atıb. Eyni zamanda, Lazarenin təqsirsizlik prezumpsiyası pozulur, çünki onu İrakli Kobaxidze artıq zorakı gənc adlandırdı, müttəhimə qarşı nifrət dilindən istifadə etdi. Baş nazir və hakim partiyasının lideri tərəfindən mitinq iştirakçılarını demonizasiya siyasi niyyəti var ki, hansını da onlar Lazarın məsələsində bunu reallaşdırmaq istəyirlər”, – Nino Lomcariya bəyan etdi.