Nino Lomjaria - xalq müdafiəçisinin Mixeil Saakaşvilinin məsələsinə hansı formada qoşulacağını müzakirə edirik, məhkəmənin dostu kimi rəy təqdim etmək formalardan biri ola bilər
Xalq müdafiəçisinin Mixeil Saakaşvilinin məsələsinə hansı formada qoşulacağını müzakirə edirik, bu məsələ ilə bağlı məhkəmənin dostu kimi rəy bildirmək həqiqətən bu formalardan biri ola bilər -bu barədə Gürcüstanın xalq müdafiəçisi Nino Lomcaria açıqlayıb .
Nino Lomjaria “Empatia” mərkəzinin rəyi ilə tanış olduğunu, lakin onu ictimailəşdirmək hüququ olmadığını bildirib.
“Konsilium ilə gündəlik aktiv əməkdaşlıq, məsləhətləşmələr və ünsiyyətimiz var” -deyə Lomjaria açıqlayıb.
Mixeil Saakaşvilinin məsələsinin müzakirəsi həvalə edilmiş hakim etimad göstərilməyə layiqdirmi?- sualına xalq müdafiəçisi hakimin qiymətləndirilməsi barədə əvvəlcədən danışmağın düzgün hesab olunmadığını bildirib.
“Hakimin çıxardığı qərarlar ona yönəlik etimad və ya inamsızlığa rəvac verir. Gələcəkdə hakimin düzgün qərar verməyəcəyini görsək, o zaman bu barədə danışmaq düzgün olar”- deyə Lomjaria açıqlayıb.
Bununla yanaşı, Nino Lomjariaya Gürcüstan Prezidenti Salome Zurabişvili ilə ünsiyyət barədə sual ünvanlanıb, ombudsmanın suala cavabı belə olub: “Bir neçə gün əvvəl mən ona Saakaşvilinin vəziyyəti ilə bağlı təəssüratımı və məlumatımı verdim, o vaxtdan bəri bu barədə onunla danışmamışam. O, sadəcə olaraq bu məlumatı arayış kimi qəbul etdi və məlumatlı olduğunu və ekspertiza qrupunun nümayəndələri ilə ünsiyyətdə olduğunu mənə təsdiqlədi”.
O, Mixeil Saakaşvilinin səhhətini bu sahə üzrə ekspertlərin, tibbi təhsili olan şəxslərin qiymətləndirməli olduğunu, siyasətçilərin verdiyi qiymətləndirmələrin səriştəsiz və siyasi qərəzli olduğunu bildirib.