Nino Lomcaria, xalq müdafiəçisi mandatı çərçivəsində Aİ-nin tövsiyyələrinin həyata keçirilməsini dəstəkləmək üçün çalışacağını bildirir
Nino Lomcaria xalq müdafiəçisinin mövqeyindən, mandatın başa çatmasınadək Aİ tərəfindən işlənərək hazırlanmış öhdəliklərin yerinə yetirilməsini dəstəkləmək üçün çalışacağını bildirir.
Lomcaria jurnalistlərin iyunun 24-də keçirilən “Evə- Avropaya doğru” vətəndaş hərəkatının təşkilatçılarının tələb etdiyi texniki hökumətdə ona vəzifənin təklif olunub-olunmaması ilə əlaqədar sualına cavab verib.
“Xalq Müdafiəçi Aİ-nin orqanlarının dəstək və etimad göstərdiyi praktiki olaraq yeganə dövlət qurumudur. Buna görə də, fikrimcə ölkənin öhdəliklərini yerinə yetirməli olduğu 6 aya təsadüf edən qalan müddətim boyunca Aİ qurumlarının bizə göstərdiyi, ifadə etdiyi etimaddan istifadə etməli və bu vəzifədə, bu mandat çərçivəsində prosesi dəstəkləmək üçün əlimdən gələn hər şeyi etməliyəm. Bu prosesi belə görürəm “-deyə Lomcaria bildirib.