Nino Lomcaria - Dini təşkilatlar fövqəladə vəziyyətə tabe olmağa məcbur deyillər və bu da yoluxucu xəstəliyin yayılma riskini artıra bilər
Fövqəladə vəziyyətin elan edildiyi zaman, konstitusiya dini məhdudiyyəttləri nəzərdə tutmur, sadəcə olaraq, insan yığıncağı qadağan edilir, – bu barədə bəyanatı sosiyal şəbəkədə Xalq Müdafiyəçisi Nino Lomcaria yayır.
Lomacarianın dediyinə görə, pandemiya-epidemiya zamanı qüvvədə olan ictimai sağlamlıq haqqında qanunda deyilir ki, Gürcüstan ərazisində olan hər bir insan, nəzərə almalıdır ki, digərlərinin sağlamlığına zərər verəcək hərəkət etməməlidir və əgər insan sağlamlığına zərəri toxunursa və yaxud infeksiyanın yayılmasına yol açırsa, fəaliyyətini dayandırmalıdır. Həmçinin, sanitar və higiena normalarını qorumalıdır.
Dövlət dini ritualları və yaxud qaydalarını dəyişdirə bilməz, ancaq dini təşkilatlar ictimaiyyətin sağlamlığı üçün riskli olan və epidemiyanın artmasına yol açan hərəkətlər görməməlidirlər” – yazır Nino Lomcaria Facebookda.
Xatırladaq ki, bu gün Gürcüstanda fövqəladə vəziyyət elan edildi.