Nino Latsabidze - ümid edirik ki, Sakrebulonun müxalifət hissəsi öz siyasi ambisiyalarını bir kənara qoyacaq və Rustavinin 2023-cü ilə olan büdcəsini süni maneələr olmadan təsdiq edəcək
Rustavi Meriyası 2023-cü ilin büdcə layihəsini Sakrebuloya təqdim edib. Rustavi meri Nino Latsabidze bugünkü brifinqdə büdcə müzakirəsi zamanı Sakrebulonun əksəriyyətinin süni maneələr yaratmayacağına ümid etdiyini bildirib.
Qeyd olunduğu üzrə, 2022-ci ilin ilkin büdcəsi ilə müqayisədə gələn ilin əsas maliyyə sənədinin ilkin məbləği Rustavidə 6 milyon 167 min 700 lari çox olacaq və 87 367 700 lari təşkil edəcək.
Nino Latsabidze Rustavinin büdcəsinin şəhərin ehtiyaclarına cavab verdiyini qeyd edib.
“İstər meriya komandasında, istərsə də əhali ilə konsultasiyalar əsasında gərgin və mürəkkəb iş prosesindən sonra qanunun tələblərinə uyğun olaraq və müddətə riayət etməklə biz artıq Rustavi Sakrebulosunda 2023-cü ilin büdcəsini təqdim etdik. Büdcəyə müsbət başlayırıq və 87 367 700 lari müəyyən edilib. 2022-ci ildə büdcəni bir neçə dəfə artırdığımıza dair nümunəmiz var və analoji olaraq, vergi gəlirlərini dəqiqləşdirdikdən sonra 2023-cü ilin birinci rübündəcə büdcədə artım gözləyirik ki, bu da Rustavidə daha çox layihə həyata keçirməyə imkan verəcək. Tendensiya il boyu davam edəcək.
Rustavinin 2023-cü ilə olan büdcə layihəsi hazırdır, indi növbə Sakrebulodadır. Rustavinin müxalif Sakrebulosunda il boyu mövcud olan və keçən həftə kulminasiya nöqtəsinə çatan qeyri-sağlam vəziyyət haqqında məlumatlısınız. Böyük ümidlər bəsləyirik ki, Sakrebulonun əksəriyyəti, yeni ştatların əlavə olunması və maaşların artırılması tələbini nəzərə almasaq, il ərzində heç bir işgüzar təşəbbüslə çıxış etməyən müxalifət hissəsi sədrlə birlikdə heç olmasa indi siyasi ambisiyalarını bir kənara qoyacaq, işçilərə qarşı ayrı-seçkiliyi dayandıracaqlar, şəhərin ən yaxşı maraqlarını nəzərə alacaqlar və Rustavinin 2023-cü ilə olan büdcəsini heç bir süni maneə olmadan təsdiqləyəcəklər” -deyə Nino Latsabidze bildirib.