Gürcüstan Ali Məhkəməsinin və Ali Ədliyyə Şurasının sədri Nino Kadaqidze ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanla qapalı görüş keçirdiyini bildirir.
O, ABŞ-dan hakimlərə sanksiya tətbiq edilməsi ilə bağlı sübut tələb etdiyini deyir.
” Xüsusilə vurğulamaq istərdim ki, biz heç kimi heç kimdən, o cümlədən ABŞ-dan müdafiə etmirik. Biz sübut istəyirik. Bilirsiniz, mən çox vaxt məhkəmə daxilində baş verən pərdəarxası situasiyalardan danışmıram. Bundan irəli gələrək, açıq şəkildə deyirəm ki, hakimin ittiham edilə biləcəyi ən ağır şey korrupsiya cinayətini törətməkdir və məhkəməni gözdən salmaq baxımından ən ağırı məhkəmənin korrupsioner olmasıdır. Bundan irəli gələrək şəxsən görüşlərim və təkcə birbaşa sübutlar deyil, həm də bizim üç hakimin nədə ittiham olunduğuna dair ipucu təqdim edilməsi barədə xahişim olduğunu xüsusilə vurğulamaq istərdim. Buna cavab belədir -bu açıq, ictimai məlumatdır. Bu açıq, ictimai məlumatları mənə göstərsəniz, o zaman özümüzü kimdənsə qorumağımızla bağlı sizinlə razılaşaram. Özümüzü heç kimdən, heç bir mərhələdə və heç bir vəziyyətdə müdafiə etməyimizə ehtiyac yoxdur. Səfirlə görüşümüz oldu. Cümə günü Kelli Deqnanla qapalı görüş keçirdim”-deyə Nino Kadaqidze açıqlayıb.