Nino Kadaqidze - hökumətin bir sıra məsələlərə müdaxilə etməsi gərəkdiyi mərhələ yetişib, siyasətin məhkəməyə təsirini minimuma endirəcək normativ çərçivə hazırlana bilər
Nino Kadaqidze - hökumətin bir sıra məsələlərə müdaxilə etməsi gərəkdiyi mərhələ yetişib, siyasətin məhkəməyə təsirini minimuma endirəcək normativ çərçivə hazırlana bilər

 

Hökumətin bir sıra məsələlərə müdaxilə etməsi gərəkdiyi mərhələ yetişib. Siyasətin məhkəməyə təsirini minimuma endirəcək normativ çərçivə hazırlana bilər- bu barədə Gürcüstan Ali Məhkəməsinin və Ali Ədliyyə Şurasının sədri Nino Kadaqidze açıqlayıb.

O, baş nazir İrakli Ğaribaşvili ilə görüşdə də bu barədə danışdıqlarını bildirib.

“Əlavə olaraq, hökumətin bir sıra məsələlərə müdaxilə etməsi gərəkdiyi mərhələnin yetişdiyini zəruri hesab etdik. İstənilən halda, müəyyən düzgün baxışlara əsaslanan normativ bazanın hazırlana biləcəyini hesab edirəm, biz bunu cənab İrakli ilə də müzakirə etdik, bu, faktiki olaraq məhkəməyə hər hansı formada müdaxiləni istisna edəcək, eləcə də siyasətin məhkəməyə təsirini minimuma endirəcək. Cənab İrakliyə bir daha təşəkkür edirəm və onun dəstəyinin bu gün məhkəmə sistemi üçün çox vacib olduğunu hesab edirəm” – deyə Nino Kadaqidze açıqlayıb.