Nino Jvaniya - Əlamətdardır ki, Zurab Jvaniyanın doğum günü ölkəmiz üçün mühüm tarixə, Avropaya doğru atdığımız növbəti addımımıza və Avropa ailəsinə qayıtmağımıza təsadüf edir
Nino Jvaniya - Əlamətdardır ki, Zurab Jvaniyanın doğum günü ölkəmiz üçün mühüm tarixə, Avropaya doğru atdığımız növbəti addımımıza və Avropa ailəsinə qayıtmağımıza təsadüf edir

Çox əlamətdardır ki, Zurab Jvaniyanın doğum günü ölkəmiz üçün mühüm tarixə, Avropaya doğru atdığımız növbəti addımımıza və özümüzü həmişə üzvü kimi hesab etdiyimiz Avropa ailəsinə qayıtmağımıza təsadüf edir – Zurab Jvaniyanın həyat yoldaşı Nino Jvaniya, Zurab Jvaniyanın 60 illik yubileyinə həsr olunmuş tədbirin keçirildiyi Gürcüstan parlamentində jurnalistlərə bildirib.

Nino Jvaniya tədbirin təşkilinə görə Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə təşəkkür edib.

“Parlamentin bizi qəbul etməsi böyük şərəfdir və bu günün parlamentin divarları arasında qeyd olunması mənim üçün çox doğmadır və bu gün burada olan bir çox insanlar məhz bu binada çox şey görmüşlər, parlament necə yarandı, hansı siyasi proseslər gedirdi. Bu, birdən-birə ötüb keçən həyatımızdır. Həm də Çox əlamətdardır ki, Zurab Jvaniyanın doğum günü ölkəmiz üçün mühüm tarixə, Avropaya doğru atdığımız növbəti addımımıza və özümüzü həmişə üzvü kimi hesab etdiyimiz Avropa ailəsinə qayıtmağımıza təsadüf edir, məncə bu təsadüfi deyil. Mən hər kəsə, həmçinin, bizə imkan yaradan parlament sədrinə təşəkkür etmək istəyirəm və Zuranın dostlarının hazırladıqları iki qeyri-adi kitabın təqdimatı keçiriləcək – Zuranın siyasi həyatını əks etdirən kitab, çox gözəl kitab və bununla yanaşı, Zuranın mühazirələrini də təkrar nəşr etdik, bu kitab da qeyri-adidir”, – Nino Jvaniya bildirib.

Zurab Jvaniya ölümündən sonra “Parlamentin Azadlıq Ordeni” ilə təltif edilib. Gürcüstan parlamentində Zurab Jvaniyanın 60 illik yubileyinə həsr olunmuş tədbir və mükafatlandırma mərasimi keçirilib. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili mükafatı Zurab Jvaniyanın həyat yoldaşı Nino Jvaniyaya təqdim edib.