Nino Cangiraşvili - "Yayımçı haqqında qanuna" prezidentin veto qoymasını tələb edirik
Nino Cangiraşvili - "Yayımçı haqqında qanuna" prezidentin veto qoymasını tələb edirik

“Kavkasia” teleşirkətinin direktoru Nino Cangiraşvili bəyan edir ki, medya və qeyri-hökümət təşkilatlarının nümayəndələri “Yayımçı haqqında qanun”-la bağlı prezidentə öz arqumentlərini təqdim etdilər.

Onun dediyinə görə, görüş iştirakçıları prezidentdən qeyd olunan qanuna veto qoymasını tələb edirlər.

“Biz prezidentə, “Yayımçı haqqında” qanunlayihənin əleyhinə öz ciddi arqumentlərimizi təqdim etdik. Prezident bizi dinlədi. İctimai Yayımçının nümayəndələrini də dinlədikdən sonra, öz qərarını verəcək. Biz tələb edirik ki, qanunlayihəyə veto qoyulsun”, – dedi Nino Cangiraşvili.

Xatırladaq ki, Medya və QHT nümayəndələri “Yayımçı haqqında” qanunlayihə ilə bağlı prezidentlə görüşürlər.