Nino Giorqobiani - Türk hüquqmühafizəçiləri terorla bağlı həbs edilən şəxsi Gürcüstanın tələbi əsasında həbs etdilər
Türk hüquqmühafizəçiləri tərəfindən Trabzon əyalətində yaxalanan Gürcüstan vətəndaşı Qoça Sağinadzenin həbs edilməsi, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin tələbi ilə gerçəkləşdi.
Bu barədə bəyanatı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidməti verdi.
Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinin rəhbəri Nino Giorqobianinin Birinci Kanala verdiyi məlumatına görə, türk hüquqmühafizəçilərə, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilən məlumat, Gürcüstanda likvidasiya edilən terorist Ahmed Çatayevin mobil telefonundan tapıldı.
“Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti, digər ölkələrin müvafiq orqanları ilə olduğu kimi, türk həmkarları ilə də fəal əməkdaşlıq edir” – deyilir DTX-nın bəyanatında.