Nino Burcanadze - Hərhansı bir inqilab ssenarisi müzakirə edilmir, biz siyasətçilərik və baş verə bilən hər variantı müzakirə etməliyik
Nino Burcanadze - Hərhansı bir inqilab ssenarisi müzakirə edilmir, biz siyasətçilərik və baş verə bilən hər variantı müzakirə etməliyik

Bugün sülh var mı? İnqilabla bağlı sualları, müvafiq bəyanatı verənlərdən soruşun. Məni sadəcə bir sual maraqlandırır, sizcə bugün Gürcüstanda sülh mü var? – bu sözləri Nino Burcanadze jurnalistlərə, “Qalib Gürcüstan” partiyasının lideri İrakli Okruaşvilinin bugünki bəyanatı ilə bağlı dedi.

Söhbət o bəyanatdan gedir, hansında İrakli Okruaşvili deyib ki, yeni seçkilər olmasa, ölkədə sülh olmayacaq.

Burcanadze bəyan etdi ki, ölkədə siyasi stabilliyin yaradılması üçün siyasi qüvvələr arasında sabitlik olmalıdır və iqtidarda isə, xalqın etibar etdiyi bir siyasi qüvvə olmalıdır.

“Bugün virusdan hər gün insanlar həlak olurlar. Bu soyuqda insanları evindən çıxardırlar. Siz hansı sülhdən danışırsınız? Bir zəngin adam iqtidarı zəbt edib, ölkəyə ağalıq edirsə, sülhü gözləmək mümkün olmayacaq.

Hərhansı bir inqilab ssenarisi müzakirə edilmir, biz siyasətçilərik və baş verə bilən hər variantı müzakirə etməliyik və daha sonra müxalifət ölkə üçün ən təhlükəsiz və məqbul ssenariyi seçməlidir” – dedi Nino Burcanadze.