Fransanın sabiq prezidenti Nikolya Sarkozi həbs edildi.
Fransanın Le Fiqaro nəşriyyatının məlumatına görə, 2007-ci ilin prezident seçkiləri kampaniyasının maliyyələşdirilməsi məsələsi ilə bağlı Sarkozi təcridxanadadır.
Fransa medyası yazır ki, Sarkoziyə qarşı başladılan istintaq, onun prezident seçkilərinin maliyyləşdirilməsi haqqında yaranan suallarla bağlıdır.
Qeyd olunan məsələ ilə bağlı, istintaq 2013-cü ildə başladı.
Le Monde yazır ki, Nikolya Sarkozinin həbs edilmə müddəti 48 saatdır.