Nikoloz Samxaradzenin təşəbbüsü ilə ATƏT-in Parlament Assambleyasında qəbul edilən qətnaməyə Rusiyanın işğalı ilə bağlı qeyd əlavə edilib
İyunun 30-dan iyulun 4-ü də daxil olmaqla Kanadanın Vankuver şəhərində ATƏT-in Parlament Assambleyasının illik sessiyası keçirilir. Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri və Gürcüstanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze iyulun 1-3-də iclasları keçirilmiş Assambleyanın Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinə sədrlik edib.
Gürcüstan parlamentinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, komitə illik hesabatı nəzərdən keçirib və “Demokratik və inklüziv cəmiyyətləri təşviq etməklə regional təhlükəsizliyin gücləndirilməsi” adlı qətnaməni dəstəkləyib.
İclasda Nikoloz Samxaradze komitənin qətnaməsinə aşağıdakı bəndin daxil edilməsi təşəbbüsü ilə çıxış edib: “Asambleya Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş regionlarında – Abxaziya və Sxinvali bölgəsində, işğal olunmuş hər iki bölgədə yaşayan insanların əsas hüquq və azadlıqlarının pozulması, etnik gürcülərə qarşı müxtəlif formada ayrı-seçkilik, mədəni irs abidələrində gürcü izlərini silməklə və onların adlarını dəyişdirməklə qaynaqlanmış humanitar vəziyyətin və insan haqlarının vəziyyətinin pisləşməsini qınayır, bu da öz növbəsində, davam edən rus işğalı və “ruslaşdırma” siyasətinin birbaşa nəticəsidir”.
Komitə üzvləri yekdilliklə qərara bu bəndin əlavə edilməsini dəstəkləyiblər.