Nikoloz Samxaradze - Xabeişvilinin təklifi kiçik müxalifət partiyalarının intiharına bərabərdir, əgər onlar “Milli Hərəkat”a qoşulsalar, reytinqi aşağı düşəcək
Nikoloz Samxaradze - Xabeişvilinin təklifi kiçik müxalifət partiyalarının intiharına bərabərdir, əgər onlar “Milli Hərəkat”a qoşulsalar, reytinqi aşağı düşəcək

 

Xabeişvilinin müxalifət spektrinə təklifi kiçik müxalifət partiyalarının intiharına bərabərdir. Seçkilərdə “Milli Hərəkat”a qoşulsalar, reytinqləri artmayacaq, əksinə, azalacaq-bu barədə Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Gürcüstanın Birinci Kanalına açıqlayıb.

Samxaradze “Hamı bizimlə danışmalıdır, gəlsinlər və əgər istəsələr, sabah, o biri gün koalisiya hökumətinin qurulması üçün 5-7 faiz almağa kömək edərik”-deyə “Milli Hərəkat”ın sədri Levan Xabeişvilinin bəyanatına münasibət bildirib.

Samxaradze müxalifət partiyalarının bu addımın onların reytinqi üçün yaxşı olmayacağını anlaması gərəkdiyini bildirib.

“Kiçik müxalifət partiyalarında ağlı başında fikirləşən hər kimsə başa düşməlidir ki, bununla onlar seçkilərdə hər hansı uğur qazanacaqlarına dair bütün ümidlərini dəfn edəcəklər”- deyə Nikoloz Samxaradze açıqlayıb.

“Müxalifətin seçkilərdə “Gürcü Arzusu” ilə rəqabət aparmaq üçün resursunun olduğunu düşünürmü?” sualına Samxaradze belə cavab verib:

“Bu yaxınlarda biz sorğunun nəticələrini gördük. Seçkilərə hələ bir ildən çox vaxt qalıb, ona görə də biz heç bir proqnoz vermirik, lakin rəqiblərin vəziyyətindən asılı olaraq, seçkilər bu gün keçirilsəydi, onlar tamamilə məğlub olardılar” -deyə Nikoloz Samxaradze qeyd edib.