Nikoloz Samxaradze və Maka Bochorişvili ABŞ-ın Konqres və Senat seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər
Gürcüstanın ATƏT -in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze və nümayəndə heyətinin üzvü Maka Bochorişvili ATƏT-in müşahidəçi missiyası çərçivəsində ABŞ-ın Konqres və Senat seçkilərində iştirak edəcəklər. Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.
Parlamentdən verilən məlumatda, Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədrinin Nevadada, Avropaya İnteqrasiya Komitəsinin sədrinin isə Nyu-Yorkda beynəlxalq müşahidəçi qismində bu ilin noyabrın 8-də keçiriləcək seçkiləri müşahidə edəcəyi deyilir.