Nikoloz Samxaradze və Davit Matikaşvili Almaniya Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin dövlət katibi ilə görüşüblər
Nikoloz Samxaradze və Davit Matikaşvili Almaniya Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin dövlət katibi ilə görüşüblər

 

Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və komitənin üzvü Davit Matikaşvili Almaniya Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin dövlət katibi Sven Qiqold ilə görüşüb.

Tərəflər iki ölkə arasında mövcud əlaqələrin və parlament əməkdaşlığının daha da gücləndirilməsindən danışıblar.

Görüş zamanı regionda mövcud vəziyyət və təhlükəsizlik çağırışları, bunun Gürcüstanın strateji məqsədlərinin həyata keçirilməsinə təsiri müzakirə edilib, sıx əməkdaşlıq və tərəfdaşlığın vacibliyi vurğulanıb.

Tərəflər Gürcüstan-Avropa İttifaqı əməkdaşlığı gündəliyinin cari məsələlərini nəzərdən keçiriblər. Gürcüstanın Avropa İttifaqına inteqrasiyası, 12 tövsiyənin yerinə yetirilməsi prosesinin gedişatı, bu baxımdan ölkədə aparılan islahatlar, əldə olunan irəliləyişlər və mövcud çağırışlardan danışıblar. İlin sonunda Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərarın əhəmiyyəti və gözləntilərə və bu prosesdə Almaniyanın dəstəyinə diqqət yönəldilib.

Tərəflər həmçinin Gürcüstanın Avropa İttifaqının vahid bazarına iqtisadi inteqrasiyası və ölkənin Vahid Avropa Ödəniş Zonasına (SEPA) qoşulması barədə də danışıblar.

Bərpa olunan enerji sektorunun inkişafına kömək edəcək və Avropa İttifaqı ilə Cənubi Qafqaz regionu arasında enerji tranziti imkanlarını artıracaq Qara dəniz sualtı kabel layihəsinə xüsusi diqqət yetirilib.

Tərəflər mövcud təhlükəsizlik çağırışları fonunda xüsusi əhəmiyyət kəsb edən enerji təhlükəsizliyi məsələsindən danışıblar.

Görüş zamanı iqtisadi əlaqələrin inkişafı, ekoloji problemlər və dairəvi miqrasiya müzakirə mövzusu olub.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.