Nikoloz Samxaradze - ümid edirəm ki, dekabrın sonunda Gürcüstana status veriləndə müxalifətçilərin qəlbi sınacaq və məyus olacaqlar
Ümid edirəm ki, dekabrın sonunda Gürcüstana status veriləndə müxalifətçilərin qəlbi sınacaq və məyus olacaqlar- bu barədə Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze bildirib.
Onun sözlərinə görə, dekabr ayını, nəhayət məsələyə möhür qoyulmasını gözləməliyik.
“Noyabrın 8-də komissiyanın rəyi olacaq, bu da son deyil. Komissiyanın rəyindən sonra qərar 27 dövlətin baş nazirləri və prezidentlərindən ibarət Avropa Şurası tərəfindən qəbul edilməlidir. Müvafiq olaraq, 27 dövlət Gürcüstana statusun verilməsinə razılıq verməlidir. Təbii ki, biz həm hesabatı, həm də ikinci qərarı gözləyirik. Biz optimistik, amma demirik ki, hər şey 100 faiz həll olunub. Məsələyə nəhayət ki, möhürün vurulacağı dekabr ayını gözləməliyik. Mən həqiqətən ümid edirəm ki, dekabrın sonunda Gürcüstana status veriləndə müxalifətçilərin qəlbi sınacaq və məyus olacaqlar”-deyə Nikoloz Samxaradze bildirib.