Nikoloz Samxaradze - Ukraynalı həmkarımla ümumi məqsədlərə nail olmaq üçün ölkələrimiz arasında strateji partnyorluğun gücləndirilməsi yollarını müzakirə etdik
Nikoloz Samxaradze - Ukraynalı həmkarımla ümumi məqsədlərə nail olmaq üçün ölkələrimiz arasında strateji partnyorluğun gücləndirilməsi yollarını müzakirə etdik

Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri, Nikoloz Samxaradze “tvitterdə” Ukraynalı həmkarı ilə görüşdən yazır.

Samxaradzenin qeyd etdiyi kimi, görüşdə Gürcüstan və Ukrayna arasında strateji partnyorluöum möhkəmləndirilməsi yolları müzakirə olundu.

“Ukraynalı həmkarımla “Forum-2000” çərçivəsində Praqada görüşməyimə şadam. Biz ümumi məqsədlərimizə çatmaq və ümumi təhlükələrlə mübarizə aparmaq üçün Gürcüstan və Ukrayna arasında strateji partnyorluğun  gücləndirilməsi yollarını müzakirə etdik. Mən onu Tbilisidə qəbul etməyi səbirsizliklə gözləyirəm”, – Samxaradze yazır.