Nikoloz Samxaradze Tokio Geo-İqtisadiyyat İnstitutunda Qara dənizin təhlükəsizliyi məsələlərinə dair seminar keçirib
Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri, parlamentin Yaponiya ilə dostluq qrupunun rəhbəri Nikoloz Samxaradze Yaponiyaya səfəri çərçivəsində Tokio Geo-İqtisadiyyat İnstitutunda Qara dənizin təhlükəsizliyi məsələlərinə dair seminar keçirib.
Yaponiyanın aparıcı ekspert-tədqiqat təşkilatlarından birində keçirilən seminarda o, Qara dəniz regionunda mövcud vəziyyətin səbəblərini nəzərdən keçirib.
“Seminarda biz Rusiyanın Gürcüstana və Ukraynaya təcavüzü, Ermənistan-Azərbaycan münaqişəsi və bu münaqişənin həllində Gürcüstanın sülhsevər rolu, NATO və Avropa İttifaqının Qara dəniz təhlükəsizliyi məsələlərinə cəlb edilməsi və ümumiyyətlə, bu ölkənin təhlükəsizliyinin təmin olunmasının vacibliyi və ümumiyyətlə Avropa və qlobal təhlükəsizlik üçün Qara dənizin təhlükəsizliyi kimi mövzulara diqqət yetirdik. ”, – deyə Nikoloz Samxaradze bildirib.
Məruzədən sonra iclas müzakirə rejimində davam edib. Seminarda yapon professorlar, tədqiqatçılar və jurnalistlər iştirak ediblər.
Bu barədə məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.