Nikoloz Samxaradze - senatorlarla görüşdə NATO və ABŞ tərəfindən Gürcüstan təhlükəsizliyi üzrə daha artıq və daha təsirli dəstək məsələsini irəli sürməyi planlaşdırıram
Nikoloz Samxaradze - senatorlarla görüşdə NATO və ABŞ tərəfindən Gürcüstan təhlükəsizliyi üzrə daha artıq və daha təsirli dəstək məsələsini irəli sürməyi planlaşdırıram

Biz senatorlardan dəstəkgözləyirik, çünki onların dəstəyi məhz elə NATO-nun genişləndirilməsi kontekstində əhəmiyyətlidir, – bu barədə Parlanetin Xarici Əlaqələr Komitəsinin sədri, Nikoloz Samxaradze bəyan etdi.

Samxaradzenin dediyinə görə, senatorlarla görüşdə daxili siyasi vəziyyət və ölkədə Şarl Mişelin sənədinin imzalanmasından irəli gələn inkişafdan söhbət olacaq.

“Onlarla görüşdə NATO və ABŞ tərəfindən Gürcüstan təhlükəsizliyi üzrə daha artıq və daha təsirli dəstək məsələsini irəli sürməyi planlaşdırıram. Burada Gürcüstanın təhlükəsizliyində NATO-nun və ümumiyyətlə, Qara Dəniz təhlükəsizliyində daha artıq qoşulmasını nəzərdə tuturam. Həmçinin burada nəzərdə tuturam ki, NATO-nun bəyan edilmiş açıq qaöılar siyasəti, yekunda təsirli siyasi addımlara çevrilməlidir ki, Gürcüstan NATO-ya daha da yaxınlaşsın”, – Samxaradze bəyan etdi.

Senatorlar Gürcüstan bu gün gəlirlər.