Nikoloz Samxaradze - Rusiya dəyişmir, Ukraynanın müstəqilliyi və suverenliyinə qarşı 14 il əvvəl bizə qarşı döyüşdüyü üsullarla mübarizə aparır
Rusiya dəyişmir və indi Ukraynanın müstəqilliyi və suverenliyinə qarşı, 14 il əvvəl bizə qarşı döyüşdüyü üsullarla mübarizə aparır-bu barədə Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze komitənin iclasında bildirib.
Komitə sədri, komitə adından Ukrayna xalqı və Ukraynanın ərazi bütövlüyünə həmrəyliyini ifadə edib. Onun sözlərinə görə, Gürcüstan bütün beynəlxalq forumlarda bu mövqedə olub və olacaq.
” Rusiyanın Ukraynada davam edən təcavüzünə münasibət bildirmək istəyirəm. Biz Rusiyanın təcavüzünü və onlar tərəfindən beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulmasını qınayırıq. Biz həmçinin marionet rejimlərin və marionet respublikaların – Luqansk və Donetskin tanınmasını qınayırıq. Bu, 2008-ci ildə yaşadığımız gürcü ssenarisinin bir növ təkrarıdır, lakin təəssüf ki, Rusiya dəyişmir və 14 il əvvəl bizə qarşı vuruşduğu kimi, indi də Ukraynanın müstəqilliyi və suverenliyinə qarşı 14 ildən sonra eyni üsullarla mübarizə aparır. Buna görə də mən sizin adınızdan, təkcə mənim adımdan deyil, həm də komitə adından dost Ukrayna xalqına, Ukrayna dövlətinin müstəqilliyi və ərazi bütövlüyünə həmrəyliyimi ifadə edirəm və eyni zamanda bildirmək istərdim ki, keçirilən bütün beynəlxalq forumlarda Gürcüstan bu mövqedə sarsılmaz şəkildə dayanacaq”-deyə Nikoloz Samxaradze bildirib.