Nikoloz Samxaradze Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi ilə görüşüb
Nikoloz Samxaradze Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi ilə görüşüb

 

Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən verilmiş məlumatda görüş zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin gündəliyində duran mühüm məsələlər və Gürcüstan nümayəndə heyətinin assambleya çərçivəsində aktiv və səmərəli iştirakının müzakirə edildiyi deyilir.

“Tərəflər Qara dəniz regionunda mövcud çətin vəziyyət və çağırışlardan danışıblar. Həmçinin Parlament Assambleyasının gündəliyində duran məsələlər, o cümlədən iqtisadiyyat, infrastruktur və enerji sahələrində əməkdaşlığı müzakirə ediblər.

Görüşdə Gürcüstan parlamentinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində və Xarici Əlaqələr Komitəsindəki nümayəndə heyətinin üzvü Ramaz Nikolaişvili iştirak edib” – deyə parlamentin mətbuat xidmətinin məlumatında qeyd olunub.