Nikoloz Samxaradze – Prokurorluğun yaydığı kadrlar müxalifətə ciddi təsir edir, çünki bu rejimi yaradanlar onlar olub, işin iştirakçılarından biri Ukraynadadır və köçürülməsi planlaşdırılır

18:11, 18.11.2021

Mən müxalifətin vəziyyətini başa düşürəm, bu kadrlar onlara ağır təsir edəir, çünki onlar bu rejimi yaradanlar olublar, – Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Prokurorluğun yaydığı videolarla bağlı bildirib.

Samxaradzenin Gürcüstanın Birinci Kanalına verdiyi məlumata görə, işin iştirakçılarından birinin Ukraynadan Gürcüstana köçürülməsi planlaşdırılır.

“Bu işin iştirakçıları Gürcüstanda olmayıblar. Onlar indi tutulublar, onlardan biri hələ də Ukraynadadır və ekstradisiyası planlaşdırılır. Mən müxalifətin vəziyyətini başa düşürəm, bu kadrlar onlara ağır təsir edir, çünki bu rejimi yaradanlar özləri olub. Bütün ölkə o vaxt həbsxanalarda nələr olduğunu çox yaxşı bilir. Bütün bunların əxlaqi şayiələr olmadığını hətta bu kadrlar da təsdiqləyirdi. Gec-tez qanun icra olunacaq. Görüntülər bir daha sübut etdi ki, biz illər əvvəl necə çətin rejimlə üzləşmişik”, – Nikoloz Samxaradze bildirib.

Gürcüstan Prokurorluğu bu gün bəyanat yayıb ki, Penitensiar Departamentin 8-ci müəssisəsinin keçmiş direktoru Aleksandr Muxadze (“Killera” ləqəbli) məhbusa işgəncə verməkdə ittiham olunur. Prokurorluq videogörüntülər də yayımlayıb ki, videoda zorakılıq görüntüləri var.

Oxşar