Nikoloz Samxaradze Portuqaliya Parlamentinin Xarici Əlaqələr Komitəsinin vitse-prezidenti ilə görüşdü
Nikoloz Samxaradze Portuqaliya Parlamentinin Xarici Əlaqələr Komitəsinin vitse-prezidenti ilə görüşdü

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin başçılıq etdiyi nümayəndə heyəti Portuqaliyadadır.

Rəsmi səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Portuqaliya Parlamentinin Xarici Əlaqələr Komitəsinin vitse-prezidenti Karlos Eduardo Reyis ilə görüşdülər.

Parlamentin mətbuat xidmətinin məlumata görə, tərəflər Gürcüstan və Portuqaliya arasında mövcud əməkdaşlıq və ikitərəfli parlament əlaqələrinin dərinləşdirilməsi imkanlarını müzakirə etdilər. Həmçinin, regionda cari hadisələri və təhlükəsizlik çağırışlarını nəzərdən keçirdilər.

“Portuqaliyalı həmkarları ilə keçirilən görüşdə Gürcüstandakı mövcud daxili siyasi vəziyyət, seçkiqabağı mühit və Avropaya inteqrasiya baxımından ölkənin atdığı addımlar və həyata keçirilən islahatlar barədə danışdılar”, – parlamentin mətbuat xidmətinin yaydığı məlumatda deyilib.

Portuqaliyaya səfəri çərçivəsində Xarici Əlaqələr Komitəsinin sədri və Gürcüstan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı daimi fəaliyyət göstərən nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze ATƏT-in Parlament Assambleyasında Portuqaliya nümayəndə heyəti tərəfindən təşkil edilmiş “Süni intellekt əsrində təhlükəsizlik” adlı konfransda iştirak etdi.

Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətinin tərkibinə Xarici Əlaqələr Komitəsinin üzvləri: Levan Karumidze, Davit Matikaşvili və Eka Sepaşvili daxildir.