Nikoloz Samxaradze - namizəd statusu islahatları davam etdirmək üçün yaxşı motivasiya olacaq, müsbət gözləntilərimiz var
Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin sözlərinə görə, Aİ-yə namizəd ölkə statusu ilə bağlı onun müsbət gözləntiləri var.
Onun sözlərinə görə, Gürcüstan Avropaya inteqrasiya yolunda çox şey edib. O, həmçinin qeyd edib ki, ölkə üçün lazımi islahatların davam etdirilməsi istiqamətində namizəd statusunun alınması yaxşı motivasiya olacaq.
“Müsbət gözləntilərimiz var, çünki Gürcüstan həqiqətən də Avropaya inteqrasiya yolunda çox şey edib. Bundan irəli gələrək, bizim üçün yekunda qərar məhz tərəqqinin qiymətləndirilməsinə əsaslanacaq. Təbii ki, biz hər şeyi yerinə yetirdiyimizi demirik . Hər şeyi yerinə yetirmiş olsaydıq, namizəd ölkə statusu yox, birbaşa üzvlük üçün müraciət edərdik. Biz bilirik ki, bu uzun prosesdir, lakin ölkənin ehtiyac duyduğu islahatları davam etdirmək üçün, namizəd statusu almaq əlbəttə çox yaxşı motivasiya olacaq”-deyə Nikoloz Samxaradze bildirib.