Nikoloz Samxaradze - Mixeil Saakaşvilinin işində siyasət nə qədər az olsa, həm Saakaşvili, həm də ədalət üçün bir o qədər yaxşı olacaq
Mixeil Saakaşvilinin işində siyasət nə qədər az olsa, həm Saakaşvili, həm də ədalət üçün bir o qədər yaxşı olacaq, – bu barədə Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Nikoloz Samxaradze Gürcüstanın Birinci Kanalına bəyan etdi.
Nikoloz Samxaradzenin qeyd etdiyi kimi, məsələ siyasətdən kənarlaşdırılmalı və siyasətçilər qarışmamalılar, fərqisi yoxdur, bu siyasətçilər Gürcüstanda olacaqlar yoxsa xaricdə.
“Onun işində siyasət nə qədər az olsa, həm Saakaşvili, həm də ədalət üçün bir o qədər yaxşı olacaq. Bir nö şantaj göz önümüzdədir və sözsüz ki dövlət üçün çətin vəziyyətdir, çünki konkret vətəndaş dövləti şantaj edəndə, bu, düzgün ola bilməz. Yeganə düzgün çıxışdır – hamı qanunu əldə rəhbər tutmalıdır”, – Nikoloz Samxaradze bəyan etdi.