Nikoloz Samxaradze Londonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşdü
Gürcüstan Parlament nümayəndə heyəti Böyük Britaniyaya səfərini davam etdirir. Səfər çərçivəsində deputatlar Gürcüstanın dost ölkələrinin səfirləri ilə görüşdülər. Görüşdə Gürcüstanda cari proseslər və Qara dəniz bölgəsində vəziyyət müzakirə edildi.
“Gürcüstanın səfiri, Sofio Katsaravanın təşkilatçılığı ilə, Britaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüş keçirildi. ABŞ, Fransa, Sloveniya, Slovakiya, Ukrayna, Litva və Latviyanın səfirləri ilə görüşdük, onlar Gürcüstanda cari proseslərə qarşı böyük diqqət ifadə etdilər. Söhbət əsasən təhlükəsizlik məsələləri və Qara dəniz regionunda vəziyyətə aid oldu. Biz onlarla hadisələrin necə cərəyan edəcəyinə dair baxışımızı paylaşdıq. Ukrayna səfiri ilə maraqlı fikir mübadiləsi apardıq”, – Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri, Nikoloz Samxaradze görüşdən sonra bəyan etdi.
Gürcüstan Parlamentinin nümayəndə heyətinə deputatlar: Nikoloz Samxaradze, Nino Silosani, Giorgi Xelaşvili və Teona Akubardia, həmçinin Parlament sədri kabinetinin rəhbəri, Levan Maxaşvili daxildir.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.